Naxçıvanda 261 min manatlıq turizm layihəsi: elmi potensial, yoxsa sadəcə sərmayə?

Naxçıvanda 261 min manatlıq turizm layihəsi: elmi potensial, yoxsa sadəcə sərmayə?

Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Batabat Astrofizika Rəsədxanası üçün tematik turistik mərkəzin qurulması planlaşdırılır. Layihə çərçivəsində layihə-smeta sənədlərinin hazırlanması xidməti satın alınacaq.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, bu xidmətin ehtimal olunan dəyəri 261.000,00 AZN təşkil edir. Mərkəzin yaradılması rəsədxananın elmi potensialını nümayiş etdirmək və turizm imkanlarını artırmaq məqsədini daşıyır.