Beynəlxalq səviyyədə "İlk Təmas" ssenarisi üçün yeni və ciddi qaydalar qəbul edilib. Beynəlxalq Astronavtika Akademiyası yerdənkənar ağıllı həyatın axtarışı (SETI) ilə bağlı protokollarını yeniləyərək, alimlərin yadplanetlilərlə özbaşına dialoqa başlamasını qadağan edib.
NOCOMMENT.az xəbər verir ki, yeni qaydalara əsasən, qeydə alınan istənilən texnosiqnatura (yad texnologiyanın izi) əvvəlcə çoxmərhələli və müstəqil ekspertizadan keçməlidir. Artıq yalnız bir rəsədxana və ya tədqiqat qrupunun əldə etdiyi məlumatlar kifayət hesab olunmur; eyni siqnal ən azı daha bir müstəqil alim qrupu tərəfindən təsdiqlənməlidir.
Bundan əlavə, BMT-dən rəsmi icazə verilməyənə qədər kosmosa cavab siqnalı göndərmək qəti şəkildə qadağandır. Yadplanetli sivilizasiya ilə əlaqə yaradılıb-yaradılmayacağına dair qərarı beynəlxalq səviyyədə yalnız siyasətçilər qəbul edəcəklər.
BMT rəsmiləri bu qərarı süni intellekt və "deepfake" texnologiyalarının sürətlə inkişaf etdiyi dövrdə saxta sensasiya riskinin yüksək olması ilə əsaslandırırlar. Yeni qaydalar panika və dezinformasiyanın qarşısını almaq, həmçinin yuxarı instansiyadan rəsmi göstəriş gələnədək tam radio səssizliyi rejimini təmin etmək məqsədi daşıyır.
Sara,












