Nazir idarə rəisini işdən çıxardı, yüksək vəzifə verdi – FOTO
Mədəniyyət Nazirliyində kadr dəyişikliyi olub.
NOCOMMENT.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki,bununla bağlı mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzalayıb.
Əmrə əsasən, nazirliyin Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə vəzifəsindən azad olunub.
O, Mədəniyyət Nazirliyinin Daxili nəzarət və audit şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib.
Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinin icrası isə rəis müavini Həsrət Şabiliyə həvalə olunub.