“Qalatasaray” 125 milyonluq təklifi qəbul etmədi

“Qalatasaray” 125 milyonluq təklifi qəbul etmədi

Avropanın aparıcı klublarından biri Viktor Osimhen üçün 125 milyon avro təklif edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Fanatik nəşri məlumat yayıb. Lakin "Qalatasaray" bu təklifi rədd edib.

Məlumata görə, İstanbul klubu hücumçunun transferi üçün 150 milyon avrodan aşağı məbləğdə təklifləri nəzərdən keçirməyəcək.

Osimhen ötən mövsüm Türkiyə çempionatında 22 oyunda meydana çıxaraq 15 qol vurub və 5 məhsuldar ötürmə edib. Bu göstəricilər onun Avropanın ən çox tələb olunan hücumçularından birinə çevrilməsində mühüm rol oynayıb.