Rusiyada təyyarələrə avtomobil benzini vururlar: yanacaq böhranı kritik həddə çatdı


Rusiyada təyyarələrə avtomobil benzini vururlar: yanacaq böhranı kritik həddə çatdı

Rusiyada yanacaq çatışmazlığı ilə bağlı narahatlıqlar daha da artır.

NOCOMMENT.az xəbər verir ki, Rusiyada aviasiya yanacağının qıtlığı və qiymətlərin sürətlə artması fonunda kiçik aviasiyada adi avtomobil benzini ilə uçuşların sınağına başlanılıb.

Məlumata görə, “Euro-3” standartlı avtomobil benzini artıq bəzi təyyarələrdə test olunur. Bildirilir ki, bir sıra regionlarda aviasiya benzininin ehtiyatları cəmi 1–1,5 ay ərzində tükənə bilər.

Xüsusilə An-2 təyyarələrinin sahibləri yanacaq qiymətlərinin dövlət tərəfindən tənzimlənməsini tələb edirlər. Onların fikrincə, mövcud qiymət artımı və çatışmazlıq kiçik aviasiyanın fəaliyyətini ciddi təhlükə altına salır. (Musavat.com)