Nigar Fərhadın şirkəti fəaliyyətini dayandırdı - FOTO

Nigar Fərhadın şirkəti fəaliyyətini dayandırdı - FOTO

Nigar Fərhadın rəhbərlik etdiyi şirkət fəaliyyətini dayandırıb.

NOCOMMENT.az xəbər verir ki, bir qrup vətəndaşın "Aid-Group" xaricdə təhsil şirkəti və onun rəhbəri Nigar Fərhadla bağlı səsləndirdiyi şikayətlərdən sonra şirkətin fəaliyyəti müvəqqəti dayandırılıb.

Bununla bağlı məlumat şirkətin rəsmi sosial media hesabında yayımlanıb.

Açıqlamada bildirilib ki, "Aid-Group" hazırda fəaliyyətini müvəqqəti dayandırıb. Qərarın səbəbi ilə bağlı isə əlavə məlumat verilməyib.