Nigar Fərhadla bağlı daha bir ŞİKAYƏT - Görün nə ediblər

Nigar Fərhadla bağlı daha bir ŞİKAYƏT - Görün nə ediblər

Vətəndaş Leyla Məmmədova övladlarının ABŞ-a təhsil və iş vizası ilə göndərilməsi məqsədilə müraciət etdiyi "AİD Group" şirkətindən və şirkət rəsmisi Nigar Fərhaddan şikayətçidir.

Şikayətçinin sözlərinə görə, adıçəkilən şəxs tərəfindən övladlarının Amerikaya göndəriləcəyi və vizaların alınacağı barədə vədlər verilib, bu vədlərə etibar edən vətəndaş şirkətə ümumilikdə 11 500 manat ödəniş edib. Lakin ödəniş həyata keçirilsə də, vəd edilən xidmətlər göstərilməyib, hər hansı rəsmi viza müraciəti və ya proses icra olunmayıb.

NOCOMMENT.az-a daxil olan şikayətdə qeyd edilib ki, vətəndaş məsələyə aydınlıq gətirmək üçün dəfələrlə qarşı tərəflə əlaqə yaratmağa cəhd göstərsə də, heç bir nəticə əldə edə bilməyib: "Dəfələrlə şirkətlə, eləcə də Nigar Fərhadla əlaqə saxlamağa çalışsam da, zəng və mesajlarıma cavab verilmir və məsələ ilə bağlı mənə aydın izahat təqdim olunmur. Bundan əlavə, mənə təqdim edilən ödəniş çekində faktiki ödədiyim 11 500 manat əvəzinə 10 240 manat göstərilib ki, bu uyğunsuzluq sənədlərin düzgünlüyü ilə bağlı ciddi suallar yaradır".

Onun sözlərinə görə, əgər problem yaxın zamanlarda öz həllini tapmazsa, aidiyyəti üzrə ən yüksək instansiyalara şikayət edəcək: "Göstərilməmiş xidmətlərdən imtina edir və ödədiyim 11 500 manatın tam həcmdə mənə geri qaytarılmasını tələb edirəm. Əgər tələbim qısa müddət ərzində təmin olunmazsa, hüquq-mühafizə orqanlarına, məhkəməyə, həmçinin ölkə rəhbərliyinə və daxili işlər nazirinə rəsmi müraciət edərək, əlimdə olan ödəniş sənədlərini, yazışmaları və səs yazılarını sübut kimi təqdim edəcəyəm".

Tunar,
NOCOMMENT.az