TƏCİLİ! Rusiya  Avropa şəhərinə hücuma başlayır

TƏCİLİ! Rusiya Avropa şəhərinə hücuma başlayır

ABŞ kəşfiyyat orqanlarının hazırladığı yeni qiymətləndirmədə Rusiyanın NATO-nun reaksiyasını yoxlamaq məqsədilə Avropadakı şəhərlərdən birinə məhdudmiqyaslı hücum ssenarisini nəzərdən keçirə biləcəyi iddia olunur.

NOCOMMENT.az xəbər verir ki, məlumata görə, belə bir addımın əsas məqsədi alyansın kollektiv müdafiə mexanizminin reaksiyasını yoxlamaq ola bilər. Lakin hesabatda bu ssenarinin qaçılmaz və ya təsdiqlənmiş plan olduğu vurğulanmır, sadəcə olaraq mümkün ehtimallardan biri kimi qiymətləndirilir.

Artan təhlükəsizlik riskləri fonunda son aylarda bir sıra Avropa ölkələri müdafiə xərclərini artırıb, sərhəd mühafizəsini gücləndirib və hərbi hazırlıq planlarını yeniləyiblər. NATO rəsmiləri isə Rusiyanın hərbi potensialını diqqətlə izlədiklərini və bütün üzvlərin təhlükəsizliyinin qorunacağını bəyan edirlər. Öz növbəsində, Rusiya Qərbin bu cür qiymətləndirmələrini rədd edərək, NATO-nun hərbi fəaliyyətini öz təhlükəsizliyinə birbaşa təhdid hesab edir. Ekspertlər qeyd edirlər ki, mövcud geosiyasi gərginlik və qarşılıqlı etimadsızlıq bu cür həyəcanverici ssenarilərin müzakirə olunmasına zəmin yaradır.