Pensiya ilə bağlı MÜHÜM XƏBƏR - yeni rəqəmlər açıqlandı

Pensiya ilə bağlı MÜHÜM XƏBƏR - yeni rəqəmlər açıqlandı

Bu ilin I yarısında Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait ötən ilin eyni dövrünə nisbətən 10 % (368 milyon manat) çox olmaqla 3 milyard 916 milyon manat təşkil edib.

Bu barədə NOCOMMENT.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.

Xatırladaq ki, bu ilin əvvəlindən pensiyalar 9,3 % indeksləşdirilərək artırılıb. İyulun 1-nə pensiyaların orta aylıq məbləği illik müqayisədə 10 % artaraq 594 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın məbləği 632 manata çatıb.

Yanvar-iyun aylarında 23 000, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 201 000 pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.