Qadın müəllimdən tanışının oğluna qarşı əxlaqsız hərəkət - BU ÖLKƏDƏ

Qadın müəllimdən tanışının oğluna qarşı əxlaqsız hərəkət - BU ÖLKƏDƏ

ABŞ-də qadın müəllim 16 yaşlı yeniyetməni yoldan çıxardığını etiraf edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə "Krem" nəşri məlumat yayıb.

25 yaşlı Makkenzi Not may ayında, ailəvi dostlarının oğlu ilə intim əlaqədə olduğunu həyat yoldaşına etiraf etdikdən sonra həbs edilib. Yeniyetmə polisə bildirib ki, messencer vasitəsilə müəllimlə yazışıb.

Daha sonra Notun həyat yoldaşı yatıb, qadın isə yuxarı sinif şagirdi ilə danışmağa davam edib. Qadın onu görüşmək üçün razı salıb.

Məktəbli qadını öz avtomobili ilə təpəlik bir əraziyə aparıb, orada qadın onu öpməyə başlayıb və zorakı cinsi hərəkətlər edib. Müttəhim yeniyetmənin dediklərini təsdiqləyib və əlavə edib ki, onun yaşını bilsə də, uzun müddətdir tanış olduqları üçün oğlanı özünə həmyaşıd bir dost kimi qəbul edib.

11 iyul tarixində məhkəmə keçmiş müəllimi bir neçə maddə üzrə təqsirli bilib.

Prokuror onun üçün altı aydan bir ilə qədər həbs cəzası, həmçinin 10 il müddətinə cinsi toxunulmazlığa qarşı cinayət törətmiş şəxslərin reyestrinə daxil edilməsini tələb edib./news24.az/