İranla bağlı ŞOK QƏRAR: Dayandırıldı!

İranla bağlı ŞOK QƏRAR: Dayandırıldı!

İranda büdcədə maliyyə vəsaiti çatışmazlığı səbəbindən aylıq əlillik müavinətlərinin ödənilməsi dayandırılıb.


NOCOMMENT.az "İran İnternational"a istinadən xəbər verir ki, bu barədə İran Dövlət Sosial Təminat Təşkilatından bildiriblər.

Məlumata görə, sosial xidmətlər və gigiyena vasitələri üçün subsidiyaların ödənilməsi də gecikdirilir.

İLNA agentliyinin araşdırmasına əsasan, ödənişlərin azaldılması İslam Respublikası hakimiyyətinin dərinləşən iqtisadi böhran fonunda sosial təminat sistemi himayəsində olan vətəndaşlara, xüsusilə əlilliyi olan insanlara dəstək göstərmək iqtidarında olmadığını göstərir.

Vurğulanıb ki, tibbi və gigiyena məhsullarının qiymətlərinin artması onurğa beyni zədəsi olan təxminən 45 000 nəfərə təsir edib. Steril sarğıların, kateterlərin, sidik qablarının, şprislərin və yataq yaralarının müalicəsi üçün preparatların qiyməti iki-üç dəfə artıb./Bakıvaxtı.az/