Qazaxıstan təyyarəsi tufana görə Bakıya eniş etdi

Qazaxıstan təyyarəsi tufana görə Bakıya eniş etdi

“Air Astana” aviaşirkətinin Almatı-Tbilisi reysini həyata keçirən hava gəmisinin kapitanı təyinat hava limanında güclü tufan səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş sorğusu göndərib.

Bu barədə NOCOMMENT.az– Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, “Airbus A321” təyyarəsi yerli vaxtla saat 21:20-də Bakı Hava Limanına eniş edib.