“2022-2026 Dövlət Proqramı”na ilkin siyahı üzrə qəbul olunan 134 nəfər gənclər arasında Vətən müharibəsinin qazisi Cavid Əliyev də yer alıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin (ETN) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, Cavid Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində döyüşüb.
“Cavid ABŞ-nin Minnesota Universitetinin Supply Chain Management (Təchizat zəncirinin idarəolunması) ixtisasına magistratura səviyyəsinə qəbul olunub.













