İngiltərədə rekord istilər: Əhaliyə xəbərdarlıq...

İngiltərədə rekord istilər: Əhaliyə xəbərdarlıq...

İngiltərədə iyun ayı üzrə ən yüksək temperatur rekordu yenidən qırılıb.

NOCOMMENT.az xəbər verir ki, ölkənin meteorologiya xidməti London və cənub-şərqi İngiltərə üçün nadir hallarda elan edilən qırmızı səviyyəli ekstremal istilik xəbərdarlığının müddətini uzadıb.

Bu gün Somerset qraflığının Yeovilton şəhərində havanın temperaturu ilkin məlumatlara görə 36,4 dərəcəyə çataraq bir gün əvvəl Qosport şəhərində qeydə alınmış 36,1 dərəcəlik rekordu geridə qoyub.

Meteoroloqlar ölkədə müşahidə olunan qeyri-adi isti və rütubətli hava şəraitinin cümə gecəsinədək davam edəcəyini bildirirlər.

Proqnozlara əsasən, isti hava ilə yanaşı, Böyük Britaniyanın əksər bölgələrində güclü leysan yağışları və şimşəklə müşayiət olunan fırtınalar da gözlənilir. Ekstremal istilər səbəbindən Kent qraflığında suya tələbat rekord həddə çatıb.

Qırmızı səviyyəli istilik xəbərdarlığına görə, dəmir yolu ilə yalnız zəruri hallarda səyahət etmək tövsiyə olunub. İsti hava səbəbindən qatarların hərəkətində ciddi gecikmələr və reyslərin ləğvi müşahidə olunur.