İsrail aviaşirkəti Təl-Əvivdən Moskvaya uçuşları dayandırdı

İsrail aviaşirkəti Təl-Əvivdən Moskvaya uçuşları dayandırdı

İsrailin milli aviadaşıyıcısı El Al Rusiya və Ukrayna arasında baş verən son hadisələr, eləcə də regionda aviasiya təhlükəsizliyi ilə bağlı insidentlər səbəbindən Təl-Əviv–Moskva marşrutu üzrə uçuşları yaxın günlər üçün dayandırdığını açıqlayıb.

Bu barədə "The Times of Israel” məlumat yayıb.

Şirkətin nümayəndəsinin sözlərinə görə, vəziyyət gələn həftə yenidən qiymətləndiriləcək və reyslərin bərpası ilə bağlı qərar veriləcək.

Sərnişinlərə isə qanunvericiliyə uyğun olaraq məlumat veriləcək və alternativ variantlar təklif olunacaq.