Soros Trampın rəqiblərinə qəpik də vermədi - Demokratlar böyük dəstəkdən məhrum qaldı

Soros Trampın rəqiblərinə qəpik də vermədi - Demokratlar böyük dəstəkdən məhrum qaldı

Amerikalı milyarder Corc Soros 2026-cı ildə Demokratlar Partiyasına maliyyə ianəsi etməyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Nəşrin yazdığına görə, 2022-ci il seçkilərində Demokratlar Partiyasını maliyyə baxımından dəstəkləyən iri sponsorların əksəriyyəti builki noyabr aralıq seçkiləri ərəfəsində ianə verməkdən imtina edib.

Məlumata əsasən, Corc Soros və oğlu dörd il əvvəl demokratlara təxminən 1 milyon dollar ianə etsələr də, 2026-cı ildə ABŞ prezidenti Donald Trampın rəqiblərinə bir dollar da ayırmayıblar.

Bundan başqa, "LinkedIn" platformasının həmtəsisçisi Rid Hoffman da demokratlara maliyyə dəstəyi göstərməyib. Bildirilib ki, digər iri sponsorlar da oxşar mövqe sərgiləyiblər.\\publika.az