Rusiyaya qarşı yeni plan açıqlandı - Ukrayna taktikanı dəyişdi?

Rusiyaya qarşı yeni plan açıqlandı - Ukrayna taktikanı dəyişdi?

Ukrayna Silahlı Qüvvələri Rusiyanın daha əvvəl zərbələrin çatmadığı hesab edilən uzaq bölgələrini də hədəfə almağa başlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ehtiyatda olan polkovnik, hərbi ekspert Anatoli Matviyçuk "Lenta.ru"ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, son vaxtlar Ukraynanın dron hücumlarının intensivliyi müəyyən qədər azalsa da, pilotsuz uçuş aparatları Rusiyanın dərinliklərində yerləşən Omsk, Saratov və digər vilayətlərə yönəldilir. Matviyçuk bunu Ukraynanın döyüş taktikasında dəyişiklik kimi qiymətləndirib.

Ekspert iddia edib ki, əsas məqsəd Rusiyada daxili sabitliyi pozmaq və sosial gərginlik yaratmaqdır. O, bunu "dövlət terrorizmi" adlandıraraq, bunun taktiki dəyişiklikdən daha çox, müharibənin bu formada davam etdirilməsi üçün dövlət siyasəti olduğunu irəli sürüb.