Respublika Perinatal Mərkəzinin təmirinə başlanılır

Respublika Perinatal Mərkəzinin təmirinə başlanılır

Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi 22 ünvanında yerləşən Respublika Perinatal Mərkəzinin əsaslı təmir və yenidənqurma işləri həyata keçiriləcək.

Plat.az xəbər verir ki, "İnnovasiya və Təchizat Mərkəzi" PHŞ bu istiqamətdə layihə-smeta sənədlərinin hazırlanmasına başlayıb.

İlkin mərhələdə topoqrafik plan, ərazinin planlaşdırılması, hazırlanan planın aidiyyəti dövlət orqanları ilə razılaşdırılması, mühəndis-geoloji tədqiqat və geoloji hesabat işlərinin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, Perinatal Mərkəzdə 8 yanvar 2024-cü ildə yanğın baş verib. Yanğın 6 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 35 kv.m olan 2 otaqda qeydə alınıb. Məlumatlara görə, zərər görmüş otaqlar, binanın fasadı iki ay ərzində tam təmir olunub. Lakin bundan sonra mərkəzin fəaliyyəti bərpa edilməyib. Əksinə, artıq iki ildən çoxdur ki, mərkəzdə heç bir əsaslı təmir işi aparılmır.