Beyləqanda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son durumu açıqlanıb.
NOCOMMENT.az xəbər verir ki, TƏBİB-dən "Report"un Qarabağ bürosunun sorğusuna cavab olaraq bildirilib ki, hadisə nəticəsində xəsarət alan şəxslər saat 18:00 radələrində Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.
Qeyd olunub ki, onlara bədənin çoxsaylı travması diaqnozu təyin edilib. Xəsarət alanlara zəruri tibbi yardım göstərildikdən sonra ixtisaslı tibbi yardımın davam etdirilməsi məqsədilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına və İmişli Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunublar.
Bildirilib ki, hadisə nəticəsində 1972-ci il təvəllüdlü şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.
20:08
Beyləqan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
İki minik avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb, üç nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qəza zamanı xəsarət alan Əlizamin Şəfa oğlu Əliyev, Zəfər Gülmirzə oğlu Məmmədov və Həsən Əbilqasım oğlu Həsənov Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hadisə nəticəsində avtomobildə olan Şəfa Süleyman oğlu Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.











