ABŞ lideri Donald Tramp özünün idarəetmə komandasını ölkə tarixində xidmət etmiş "ən istedadlı qrup" kimi səciyyələndirib, eyni zamanda ölkədaxili kiberhücumlar və dərman qiymətləri ilə bağlı sərt və gözlənilməz bəyanatlar verib.
NOCOMMENT.az xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının lideri Donald Tramp öz kabinetinin ABŞ hökumətində indiyə qədər xidmət etmiş ən istedadlı komandalardan biri olduğunu bildirib. Dövlət başçısı çıxışı zamanı Minnesotada baş vermiş kiberhücumda İranın ittiham olunmasına da sərt münasibət sərgiləyib. O, bu fikirlə qətiyyən razılaşmadığını vurğulayaraq məsuliyyətin ştatın özünün üzərində və onun "korrupsiyalaşmış qubernatorunda" olduğunu qeyd edib. Tramp əlavə edib ki, bəziləri hər şeydə İranı günahlandırmağı sevir, halbuki İranın Minnesotadan narahat olmaqdan qat-qat vacib problemləri mövcuddur.
Bununla yanaşı, Ağ Ev rəhbəri ölkədə dərman preparatlarının qiymətlərinin kəskin şəkildə ucuzlaşdığını iddia edərək rəqəmlərin 300, 400, 500, hətta 600 faiz aşağı düşdüyünü bəyan edib. O, heç kimin heç vaxt belə bir şey eşitmədiyini və dərmanların qiymətinin hətta təsəvvür etmək belə mümkün olmayan səviyyələrə endiyini vurğulayıb.
Sara,











