Ruslan Eyyubovdan xəbər var

Ruslan Eyyubovdan xəbər var

Məşhur iş adamı Ruslan Eyubov, 5 milyon manatlıq siqaret kontrabandası ilə bağlı həbs olunsa da, Binəqədi Rayon Məhkəməsi onun ev dustaqlığına buraxılması barədə vəsatəti rədd edib.

NOCOMMENT.az haqqın.az-a istinadən xəbər verir ki, müdafiə tərəfi məhkəməyə iş adamının həbsinin ev dustaqlığı ilə əvəzlənməsi üçün vəsatət təqdim etmişdi. Müdafiəçi, Eyubovun daimi yaşayış yerinin olduğunu, istintaqdan yayılma riskinin olmadığını və mövcud sağlamlıq problemlərinin ağırlaşdığını əsas gətirmişdi. Lakin məhkəmə vəsatəti təmin etməyib və həbs qətimkan tədbiri qüvvədə saxlanılıb. Müdafiə tərəfi apelyasiya şikayəti verməyib.

Qeyd edək ki, cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bir neçə epizod üzrə araşdırılıb. İstintaq zamanı OAO “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Hovsan”ın rəhbəri Rəşad Daşdamirov və bir sıra gömrük əməkdaşları da həbs olunub.

Faktiki olaraq “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Hovsan”ın sahibi Ruslan Eyubovdur. Hadisələrdən sonra onun qardaşı, Dövlət Gömrük Komitəsinin Baş Gömrük İdarəsindəki vəzifəsindən olan general-mayor Həsən Eyubov da işdən çıxarılıb. Onlar keçmiş Prezidentin Mühafizə Xidmətinin rəisi general-polkovnik Bəylər Eyubovun qohumlarıdır.

Sara