Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyunun 29-da saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Azadlıq prospektinin, Xutor qəsəbəsinin bir hissəsinin, Ə.Naxçıvani və M.Davudoğlu küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.