İranın ali rəhbəri Müctəba Xamenei ABŞ və İsrail rəhbərliyinin son hərbi əməliyyatlarla bağlı bəyanatlarına kəskin münasibət bildirib. O, Tramp və Netanyahunun bu hücumlarla fəxr etmələrinin beynəlxalq hüquq müstəvisində birbaşa cinayət etirafı olduğunu vurğulayıb.
NOCOMMENT.az xəbər verir ki, Müctəba Xamenei bu bəyanatların iranlıların pozulmuş hüquqlarının bərpası uğrunda mübarizə üçün hüquqi əsas yaratdığını qeyd edib. Ali rəhbər bildirib ki, 40 gün davam edən müharibə dövründə həyata keçirilən hücumların araşdırılması və vurulmuş ziyanın hesablanması prosesi davam edir.
Müctəba Xamenei əlavə edib ki, bu hücumların və onların vurduğu zərərin sənədləşdirilməsi gələcəkdə oxşar cinayətlərin qarşısının alınması üçün mühüm addımdır. Onun sözlərinə görə, İran beynəlxalq platformalarda bu məsələləri qaldırmağa və cavabdeh tərəflərin məsuliyyətə cəlb edilməsi üçün səylərini davam etdirəcək.
Sara,
NOCOMMENT.az











