Almaniya Meteoroloji Xidməti (DWD) ölkə tarixində ən yüksək temperatur göstəricisinin qeydə alındığını açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, Polşa sərhədi yaxınlığındakı Koşen şəhərində havanın temperaturu 41,7 dərəcəyə çatıb ki, bu da müşahidələr tarixində yeni bir rekorddur.
Artıq üç gündür ki, meteoroloqlar ölkə ərazisində ardıcıl olaraq yeni temperatur zirvələrinin qeydə alındığını bildirirlər. Yalnız gündüzlər deyil, gecələr də anomal istilər hökm sürür. Belə ki, Şərqi Saksoniyadakı Kubşütze şəhərində gecə saatlarında belə temperatur 29,4 dərəcədən aşağı düşməyərək növbəti rekordu yeniləyib.
Sara,
NOCOMMENT.az











