Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) Aviasiya strategiyası və biznes təhlili şöbəsinə rəhbər təyin edilib.
NOCOMMENT.az-ın məlumatına görə, bu vəzifə Şamil Müzəffərliyə həvalə olunub.
Ş.Müzəffərli bundan öncə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində baş məsləhətçi olaraq çalışıb.
Qeyd edək ki, AZCON Holdinq 2024-cü ildə yaradılıb. Holdinqin Müşahidə Şurasının sədri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, icraçı direktoru isə Şahin Babayevdir.(Plat.az)











