Sərhəddəki ləngimələrin səbəbi AÇIQLANDI

Sərhəddəki ləngimələrin səbəbi AÇIQLANDI

Mart ayının 18-də İAMAS sistemində yaranmış texniki nasazlıq səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrində vətəndaşların və nəqliyyat vasitələrinin hərəkətində qısamüddətli ləngimələr yaranıb.

Bu barədə NOCOMMENT.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

“Operativ olaraq həyata keçirilmiş tədbirlər nəticəsində nasazlıq aradan qaldırılmış, vətəndaşların və nəqliyyat vasitələrinin buraxılışı təmin edilib”, – açıqlamada bildirilib.