Silahlı insidentlə bağlı 3 nəfər SAXLANILDI

Silahlı insidentlə bağlı 3 nəfər SAXLANILDI

Bu gün paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə əlaqədar saxlanılanlar var.

Bu barədə NOCOMMENT.az-a DİN-in Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.

O bildirib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.

“Əməliyyat-axtarış tədbirləri davam etdiyi üçün onların adları açıqlanmır. Onlardan cinayətdə istifadə olunan tapança aşkar olunaraq götürülüb. Sosial şəbəkələrdə cinayət hadisəsi ilə bağlı olan iddialar əsassızıdır. Əməliyyat-axtarış tədbirləri yekunlaşdıqdan sona əlavə məlumat veriləcək”, – deyə DİN rəsmisi vurğulayıb.