Ermənistanın Baş naziri Nikol Paşinyan "Team Telecom Armenia" və Azərbaycanın "AzərTelekom" şirkətləri arasında internet trafikinin tranziti ilə bağlı imzalanmış sazişə dair açıqlama verib.
NOCOMMENT.az xəbər verir ki, baş nazir bu addımı Ermənistanın regional tranzit qovşağına çevrilməsi strategiyasının tərkib hissəsi kimi qiymətləndirib və ölkəsinin iqtisadi-siyasi çəkisini artırmaq üçün bu cür kommunikasiya kanallarının vacibliyini vurğulayıb.
Paşinyanın sözlərinə görə, onun irəli sürdüyü "Sülh qovşağı" konsepsiyası məhz şimaldan cənuba və şərqdən qərbə doğru mümkün qədər çox kabel, boru kəməri, yol və hava marşrutlarının ölkədən keçməsini nəzərdə tutur: "Bu, sülhün və təhlükəsizliyin qarantıdır. Kim buna qarşı çıxırsa, o, Ermənistanın münaqişə döngəsində ilişib qalmasını istəyir".
Sara,
NOCOMMENT.az












