Ceyhun Bayramov Polşaya səfər edibbackend

Ceyhun Bayramov Polşaya səfər edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

30 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında iştirak etmək məqsədilə Polşa Respublikasına işgüzar səfərə yola düşüb.

Bu barədə NOCOMMENT-ə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Səfər çərçivəsində, həmçinin nazir Ceyhun Bayramovun ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulur.