Çinin 2030-cu ilə qədər hədəfi Aya ayaq basmaqdırbackend

Çinin 2030-cu ilə qədər hədəfi Aya ayaq basmaqdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin 2030-cu ilə qədər missiya təşkil edərək Aya ayaq basmağı hədəflədiyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Çin Kosmos Proqramı Agentliyinin (CMSA) direktor müavini Lin Xiiang keçirdiyi mətbuat konfransında məlumat verib.

Lin proqramın əsas məqsədinin 2030-cu ilə qədər Aya enmək və orada elmi araşdırmalar və texnoloji təcrübələr aparmaq olduğunu bildirib.

Bunun üçün əsas texnologiyaların inkişaf etdirilməsi lazım olduğuna işarə edən Lin, gediş-dönüş, eniş, qısa müddət ərzində qalma, kəşfiyyat, nümunə toplama, araşdırma və geri dönüş kimi vəzifələri yerinə yetirərək Ayın kəşfiyyat proqramı üçün müstəqil tutum yaratmağı hədəflədiklərini qeyd etdi.

NOCOMMENT.AZ