Daha bir qazi müalicə üçün Türkiyəyə göndərildibackend

Daha bir qazi müalicə üçün Türkiyəyə göndərildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağır yaralanan qazilərdən biri Ələkbərov Ömər Teymur oğlu müalicə məqsədilə Türkiyə Respublikasına göndərilib.

YAŞAT Fondundan NOCOMMENT-ə verilən məlumata görə, fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir. Fond qazimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Xatırladaq ki, bu günə qədər 177 qazi müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 155-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də fond tərəfindən təmin edilib.