Dəm qazı 62 yaşlı qadının həyatına son qoydubackend

Dəm qazı 62 yaşlı qadının həyatına son qoydu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göygöl rayonunda qadın dəm qazından boğulub.

NOCOMMENT.az xəbər verir ki, hadisə aprelin 25-i saat 11 radələrində saatlarında rayonun Bəhrambağı qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1964-cü il təvəllüdlü İradə Allahverdiyeva evində dəm qazından boğularaq ölüb.

Məlumata görə, qadın evində tək yaşayırmış. Onun meyiti qonşular tərəfindən aşkar edilib.

Faktla bağlı araşdırma aparılır./Oxu.Az/