Deputat Baş nazirdən quru sərhədlərin açılmasını istədibackend

Deputat Baş nazirdən quru sərhədlərin açılmasını istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya-Azərbaycan quru sərhədində yüzlərlə soydaşımız çadır düşərgələrində ağır və alçaldıcı vəziyyətdə yaşayır”.

NOCOMMENT xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Razi Nurullayev bildirib.

“Soydaşlarımıza bu cür münasibət ölkəmizin nüfuzuna ziyandır. Cənab Baş nazir, sizdən quru sərhədlərin açılmasını və Dağıstanda gözləyən soydaşlarımızın tez bir zamanda ölkəyə gətirilməsini xahiş edirəm” , – deyə deputat qeyd edib.