Deputat: Vətəndaşların hər birinə 100 manat verilsinbackend

Deputat: Vətəndaşların hər birinə 100 manat verilsin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisdə Azərbaycan vətəndaşlarının hər birinə 100 manat verilməsi təklif edilib.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, belə bir təkliflə deputat Tahir Kərimli çıxış edib.

O qeyd edib ki, AXC-nin 100 illiyi ilə bağlı da belə bir təkliflə çıxış etmişdi: “İndi də bunu etməyə imkan var”.

Millət vəkili eyni zamanda əlavə edib ki, Azərbaycanda yeni doğulan körpələr üçün bank hesabları açılmalıdır: “Azərbaycanda 2021-ci ildə 112 min uşaq doğulub. Onlara hesab açılsın və hesablarına 2000 dollar pul keçirilsin. Neft-qazla zəngin olan bir sıra dövlətlərdə bu rəqəm 10 minlərlə dollardır. Bizdə isə bu rəqəm cəmi 224 milyon edir. Bu da Neft Fondunda olan vəsaitlərin yarım faizindən də aşağıdır.

Azərbaycanda əhalinin kommunal ödənişləri həyata keçirməsində müəyyən problemlər var. Azərbaycanda olan 2 milyon 200 minə yaxın ailə var. Hər bir ailəyə 200 dollar ekvivalentində hesabında pul qoyulsun. Bu da onların kommunal ödənişləri ödəməyinə kömək etsin. Hesab edirəm ki, bu, Neft Fondu üçün böyük məbləğ olmaz”.

O, həmçinin bildirib ki, təhsildə Finlandiya modelindən istifadə olunmalıdır: “Yəni dövlət müəssisələrində tədris ödənişsiz olmalıdır”