Deputatlar Ombudsmanın MM-ə gəlməsini tələb etdibackend

Deputatlar Ombudsmanın MM-ə gəlməsini tələb etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsi” üzrə müzakirələr davam edir.

NOCOMMENT Axar.az-a istinadən xəbər verir ki, məruzənin müzakirəsi zamanı çıxış edən deputat Jalə Əhmədova Ombudsman Səbinə Əliyevanın komitə iclaslarında iştirak etməməsinə diqqət çəkib.

“Səbinə xanımın bizə verəcəyi cavablarla Aydın müəllimin (Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı – red.) verəcəyi cavablar başqadır. Deputat olaraq mənə maraqlıdır ki, nə üçün Səbinə xanım bizim iclaslarda iştirak etmir”.

İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc da Ombudsman Səbinə Əliyevanın komitənin iclasında iştirak etməsi ilə bağlı təklifi dəstəkləyib. Komitə sədrinin sözlərinə görə, Səbinə Əliyevanın iclaslarda, belə görüşlərdə iştirakı yalnız fayda verə bilər:

“Daha sistemli müzakirələr apara bilərik”.