Dünya bazarlarında neft bahalaşıb, qaz isə ucuzlaşıbbackend

Dünya bazarlarında neft bahalaşıb, qaz isə ucuzlaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin fevral müqaviləsinin dəyəri 0,27% artaraq 1 barelə görə 79,44 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında gələn ilin fevralında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 0,30% artaraq 76,79 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Belə ki, gələn ilin fevral ayında çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,76% azalaraq 4,02 ABŞ dolları təşkil edib.