Dünya bazarlarında neft ucuzlaşıb, təbii qazın qiyməti isə artıbbackend

Dünya bazarlarında neft ucuzlaşıb, təbii qazın qiyməti isə artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin oktyabr müqaviləsinin dəyəri 0,36% azalaraq 1 barelə görə 44,80 dollar təşkil edib.

NOCOMMENTin məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında oktyabrda ixrac etməklə WTİ markalı neftin 1 barelinin dəyəri 0,54% azalaraq 42,01 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, oktyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 7,97% artaraq 2,36 ABŞ dolları təşkil edib.