Qardaş Türkiyəyə məxsus “C-130” tipli hərbi nəqliyyat təyyarəsinin Gəncədən havaya qalxdıqdan sonra Gürcüstan ərazisində qəzaya uğraması bəzi suallar ortaya çıxartdı.
Onlardan ən önəmlisi isə istehsal müddəti keçmək üzrə olan təyyarələrin Azərbaycanın hərbi arsenalına daxil edilibmi?
Bu tip məlumatı dəqiqləşdirmək üçün ABŞ -a məxsus mənbələrə müraciət etdik. Məlum oldu ki, 1954-cü ildən bəri bu təyyarələrdən 2500-dən çox istehsal edilib və dünyanın 70 ölkəsində var.
Ölkələrin siyahısında Azərbaycan dövlətinin olmaması bu köhnəlmiş hava nəqliyyatına tələbatın olmadığını deyir.
Hazırda sosial şəbəkə izləyicilərini maraqlandıran suallardan biri də təyyarənin qiymətidir. 74 ədəd tam təchiz olunmuş əsgəri daşıya biləcək C-130 hərbi nəqliyyat təyyarəsinin qiyməti modelə görə əhəmiyyətli dərəcədə dəyişir.
Məsələn, Türkiyənin qəzada məhv olan həmin təyyarəsindən olanlar- köhnə C-130H təxminən 30,1 milyon dollara, daha yeni C-130J Super Hercules modellərinin qiyməti isə 67 milyon dollardan 87 milyon dollara qədər dəyişir.
Qeyd edək ki, C-130, 2024-cü ildə 70 illik istehsala nail olmaqla, ən uzun davamlı istehsal edilən hərbi təyyarədir.
Lockheed AC-130, Lockheed DC-130, Lockheed EC-130, Lockheed EC-130H Kompas Zəngi, Lockheed HC-130, Lockheed Martin KC-130, Lockheed LC-130, Lockheed MC-130, Lockheed RC-130, Lockheed WC-130, Lockheed L-100 Hercules, Lockheed Martin C-130J, Super Hercules adlı variantları da mövcuddur.
Əntiqə Rəşid












