ABŞ bu ölkədəki səfirliyini bağlayıb

ABŞ bu ölkədəki səfirliyini bağlayıb

ABŞ Yaxın Şərqdə artan gərginlik fonunda Beyrutdakı səfirliyini müvəqqəti olaraq bağlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin “X” platformasında yayılan bəyanatında bildirilib.

“Mövcud regional gərginliklə əlaqədar olaraq ABŞ-ın Beyrutdakı səfirliyi növbəti bildirişədək bağlanacaq”, – deyə açıqlamada qeyd olunub.

Bəyanata əsasən, planlaşdırılmış və təcili konsulluq qəbulları da ləğv edilib. /APA /