Müayinə üçün xəstəxanaya gedən qadın öldü

Müayinə üçün xəstəxanaya gedən qadın öldü

Gəncədə xəstəxanaya müayinəyə gələn qadın ölüb.

NOCOMMENT.az xəbər verir ki, ölüm hadisəsi Gəncə şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan xəstəxanaların birində baş verib.

Belə ki, xəstəxanaya MRT müayinəsinə gələn 1958-ci il təvəllüdlü Z.Cəfərovanın halı qəfil pisləşib. Ona dərhal təcili tibbi yardım göstərilib. Müayinə zamanı qadının öldüyü məlum ölüb.

Məlumata görə, Z.Cəfərova xəstəxanaya qarın boşluğunun müayinəsinə gəlibmiş.