Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Sankt-Peterburq vilayətinə dron hücumu həyata keçirdiyi bildirilir.
NOCOMMENT.az xəbər verir ki, sosial şəbəkələrdə şəhərdə yerləşən neft terminalının ərazisində yanğının baş verdiyini əks etdirən görüntülər yayılıb.
Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov açıqlamasında hava hücumundan müdafiə qüvvələrinin dron hücumunu dəf etdiyini bildirib. Onun sözlərinə görə, hücum nəticəsində yaranan texnogen fəsadlar aradan qaldırılıb və hadisə zamanı xəsarət alan olmayıb.
Qubernator əlavə edib ki, iyulun 4-nə keçən gecə Sankt-Peterburq şəhəri və vilayəti üzərində ümumilikdə 72 pilotsuz uçuş aparatı məhv edilib./Unikal/











