Birləşmiş Ştatlar "Patriot" zenit-raket komplekslərinin istehsalı və istismarı ilə bağlı məxfi texnologiyaların Ukraynaya ötürülməsi zamanı sızma ehtimalından ciddi şəkildə ehtiyat edir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Vaşinqton bu hərbi sistemlərin lisenziyasının verilməsindən öncə həssas və məxfi məlumatların qorunması ilə bağlı əlavə, sərt zəmanətlərin tələb olunmasını zəruri hesab edir.
Nəşr qeyd edir ki, ABŞ rəsmiləri müttəfiqləri tərəfindən Ukraynaya verilən bəzi silahların daha əvvəl Avropanın qara bazarına çıxması hallarından xədardardırlar və məhz bu səbəbdən texnologiya təhlükəsizliyinə xüsusi həssaslıqla yanaşırlar.
Sara,
NOCOMMENT.az











