Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı avqustun 10-na keçən gecə Tatarıstanın Aşağı Surak şəhərində yerləşən "TANEKO" neft emalı zavoduna uğurlu zərbə endirildiyini və obyektdə güclü yanğın baş verdiyini rəsmən təsdiqləyib.
NOCOMMENT.az xəbər verir ki, bununla yanaşı, Ukrayna ordusu avqustun 8-də Krasnodar diyarmdakı "İlski" neft emalı zavodunda da ilkin neft emalı qurğusunun zədələndiyini bəyan edib.
Həmçinin bildirilib ki, avqustun 3-də işğal olunmuş Krımdakı "Gvardeyskoye" aerodromuna edilən hücum nəticəsində 9 ədəd aviasiya yanacağı çəni tamamilə məhv edilib, iki anqar isə ciddi şəkildə zərər görüb.
Sara,
NOCOMMENT.az











