Erməni əsilli milyarder Samvel Karapetyanın yaxın silahdaşı, müxalifət təmsilçisi Aram Vardevanyan Ermənistan Milli Məclisinin sədr müavini seçilib.
NOCOMMENT.az xəbər verir ki, "Güclü Ermənistan" fraksiyasının nümayəndəsinin namizədliyi parlament deputatları, o cümlədən baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim "Mülki Müqavilə" partiyasının təmsilçiləri tərəfindən dəstəklanıb. Bununla da Vardevanyan qanunvericiliyə əsasən müxalifətə ayrılan üçüncü vitse-spiker postunu tutub.
Milli Məclisin 105 deputatından səsvermədə 53 nəfər iştirak edib və onların hamısı Vardevanyanın namizədliyinə "hə" deyib.
Xatırladaq ki, parlamentdə bundan əvvəl digər iki sədr müavini postuna hakim "Mülki Müqavilə" fraksiyasının təmsilçiləri Hayk Koncoryan və Vaagn Aleksanyan seçilmişdilər.
Sara,
NOCOMMENT.az











