ABŞ-a məxsus “Tomahawk” qanadlı raketlərinin İraq ərazisi üzərindən İrana doğru uçduğunu əks etdirən görüntülər yayılıb.
NOCOMMENT.az xəbər verir ki, yayılan kadrlarda raketin çox aşağı hündürlükdə uçaraq ərazinin relyefini izlədiyi görünür. Bu xüsusiyyət raketin radarlar tərəfindən aşkarlanmasını və hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirilməsini çətinləşdirir.
Məlumata görə, “Tomahawk” qanadlı raketləri GPS naviqasiya sistemi və ərazinin rəqəmsal xəritələri vasitəsilə istiqamətləndirilir. Bu texnologiya raketin yüksək dəqiqliklə hədəfə çatmasına imkan verir.
Ekspertlərin bildirdiyinə görə, bu tip raketlərin uçuş məsafəsi təxminən 1600 kilometrə qədərdir, maksimal sürəti isə saatda təxminən 880 kilometr təşkil edir. Bu xüsusiyyətlər “Tomahawk” raketlərini uzaq məsafədən yüksək dəqiqliklə zərbə endirmək üçün istifadə olunan əsas silahlardan birinə çevirir.
Sara












