ABŞ hakimiyyəti Karib hövzəsində, Trinidad və Tobaqo sahilləri yaxınlığında Venesueladan çıxmış “Olina” adlı neft tankerini ələ keçirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Reuters agentliyi adını açıqlamayan amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Gəmiçilik sahəsində məlumatlı mənbənin sözlərinə görə, tanker Venesueladan hərəkət edirdi. Hadisə ilə bağlı rəsmi detallara hələlik tam aydınlıq gətirilməyib..










