Sosial media platformalarında və müxtəlif “pablik” səhifələrdə yayılan məlumatlara görə, ABŞ və İsrailin endirdiyi zərbələr İranın raket tunellərinin giriş hissələrini hədəf alıb. İddialara əsasən, məqsəd buraxılış qurğularının tunellərdən çıxmasının və atəş açmasının qarşısını almaq olub.
NOCOMMENT.az xəbər verir ki, paylaşılan məlumatlarda hücumların əsasən yeraltı hərbi infrastrukturun fəaliyyətini iflic etməyə yönəldiyi bildirilir. Lakin bu iddialarla bağlı hələlik rəsmi təsdiq və ya ətraflı açıqlama verilməyib.













