Avstraliyanın baş naziri zarafatına görə üzr istədi

Avstraliyanın baş naziri zarafatına görə üzr istədi

Avstraliyanın hökumət rəhbəri Entoni Albanezi tanınmış müğənni Kayli Minouq haqqında səsləndirdiyi fikirlərlə gündəmə gəlib.

NOCOMMENT.az xəbər verir ki, baş nazir yersiz zarafatının geniş müzakirələrə səbəb olmasının ardından ictimaiyyətdən üzr istəyib.

Hadisə "Bush Deep" adlı komediya podkastında baş verib. Verilişin aparıcısı Nikki Osborn siyasətçiyə məşhur qadınlarla bağlı seçim etməli olduğu əyləncəli oyun təklif edib. Seçim variantları arasında Kayli Minouq, Ronda Börçmor və Nikol Kidman yer alıb.

Əvvəlcə Entoni Albanezi cəmi altı ay əvvəl ailə qurduğunu bildirərək suala cavab vermək istəməsə də, israrlı suallardan sonra Kayli Minouqun adını çəkərək onun "bütün meyarlar üzrə" ideal seçim olduğunu deyib.

Baş nazirin bu açıqlaması qısa müddətdə Avstraliya mediasında və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi dövlət rəhbərinin bu cür oyunda iştirak etməsini və səsləndirdiyi fikirləri tənqid edib.

Yaranan reaksiyalardan sonra Entoni Albanezinin ofisi onun adından rəsmi bəyanat yayıb. Açıqlamada baş nazir söylədiyi fikirlərə görə qeyd-şərtsiz üzr istədiyini bildirib.

Qalmaqal Avstraliya ictimaiyyətində siyasətçilərin ictimai çıxışlarda davranış sərhədləri ilə bağlı yeni müzakirələrə yol açıb./milli.az/