Aİ bu məsələdən qorxur

Aİ bu məsələdən qorxur

Bəzi Avropa İttifaqı (Aİ) rəsmiləri ABŞ-ın Ukraynadakı münaqişənin həlli ilə bağlı razılaşmanın bir hissəsi olaraq Qrenlandiyanı əldə edə biləcəyindən qorxurlar.

NOCOMMENT.az bildirir ki, bu barədə “Politico” məlumat yayıb.

Məqalədə deyilir: “Bəzi Avropa rəsmiləri Trampın komandasının Ukrayna ilə bağlı daha böyük bir sövdələşmənin bir hissəsi olaraq Qrenlandiyanı əldə etməyə çalışacağından qorxurlar”.

Daha əvvəl bildirilmişdi ki, ABŞ prezidenti Donald Tramp guya artıq Birgə Xüsusi Əməliyyatlar Komandanlığına (JSOC) Qrenlandiyanı işğal etmək planı hazırlamağı əmr edib.