“Bu gün artıq 5 ildir...“ – Sevda Əliqızı paylaşımı ilə kövrəltdi

“Bu gün artıq 5 ildir...“ – Sevda Əliqızı paylaşımı ilə kövrəltdi

Səməd Səmədovun vəfatından 5 il ötür.

NOCOMMENT.az xəbər verir ki, Xalq artistinin uzun illər duet ortağı olmuş müğənni Sevda Əliqızı ölüm ildönümü ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

O yazıb: "Bu gün artıq 5 ildir Səməd Səmədov axirət dünyasına köçdü. Yanımızda olmasa da, qəlbimizdə hər zaman yaşayacaq. Allah rəhmət eləsin".

Xatırladaq ki, Səməd Səmədov 2021-ci ildə koronavirus infeksiyasından vəfat edib.//"Yeni Sabah/